RU

Nurlana Abdullayeva: Mədəni layihələr türk dünyasının zəngin musiqi irsinin tanıdılmasına töhfə verir

Bakı, 12 mart, AZƏRTAC

Türk xalqları birliyi mədəniyyət və musiqi vasitəsilə daha da möhkəmlənir. Bu istiqamətdə keçirilən tədbirlər, musiqili proqramlar və konsertlər türk dünyasının zəngin mədəni irsinin təbliğində mühüm rol oynayır. Belə layihələr müxtəlif türk xalqlarının musiqisini bir səhnədə birləşdirərək ortaq kökləri, dili və mədəni dəyərləri ön plana çıxarır, eyni zamanda gənc nəslin bu irsə marağını artırır.

Bunu AZƏRTAC-a açıqlamasında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, beynəlxalq və respublika müsabiqələrinin laureatı Nurlana Abdullayeva deyib.

Onun sözlərinə görə, Filarmoniyada keçirilən Türk dünyası musiqi axşamında qırğız dilində ifa etdiyi musiqi də xalqlarımızın eyni kökdən və ortaq mədəni dəyərlərdən qaynaqlandığını göstərmək məqsədi daşıyır.

Nurlana Abdullayeva vurğulayıb ki, belə layihələr təkcə musiqinin təqdimatı ilə məhdudlaşmır, həm də xalqlar arasında qardaşlıq münasibətlərini möhkəmləndirir, ortaq tarix və mədəni yaddaşın yaşadılmasına töhfə verir.

Müxbir - Gülay Nəzərova

Fotoqraf - Nicat Haşımov

Избранный
95
1
azertag.az

2Источники