RU

Hindistan baş nazirindən İranla bağlı ÇAĞIRIŞ

Hindistanın Baş naziri Narendra Modi ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, Modi bu barədə X-dəki hesabında yazıb.

Onun sözlərinə görə, M.Pezeşkianla söhbət əsnasında regiondakı vəziyyət müzakirə edilib.

"Gərginliyin artmasından və mülki şəxslərin həyatını itirməsindən, eləcə də mülki infrastruktura dəyən ziyandan dərin narahatlığımı ifadə etdim" , - Modi bildirib.

Telefon danışığı zamanı Hindistan vətəndaşlarının təhlükəsizlik və mühafizəsi, maneəsiz tranzit ətrafında fikir mübadiləsi aparılıb.

Modi dialoq və diplomatiya çağırışı edib.

Избранный
6
5
bakivaxti.az

6Источники