Hindistanın Baş naziri Narendra Modi ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Azreform.info xəbər verir ki, N. Modi bu barədə X-dəki hesabında yazıb.
Onun sözlərinə görə, M. Pezeşkianla söhbət əsnasında regiondakı vəziyyət müzakirə edilib.
"Gərginliyin artmasından və mülki şəxslərin həyatını itirməsindən, eləcə də mülki infrastruktura dəyən ziyandan dərin narahatlığımı ifadə etdim" , - Modi bildirib.
Telefon danışığı zamanı Hindistan vətəndaşlarının təhlükəsizlik və mühafizəsi, maneəsiz tranzit ətrafında fikir mübadiləsi aparılıb.
Modi dialoq və diplomatiya çağırışı edib.