RU

ABŞ şokdadır! Trampı uzun müddət düşündürəcək bir hücum

ABŞ-ın Miçiqan ştatının Vest Blumfild şəhərində yerləşən Temple İsrail sinaqoquna hücum edilib.

Turkustan.az xəbər verir ki, məlumata görə, silahlı şəxs əvvəlcə avtomobilini sinaqoqun binasına çırpıb, daha sonra isə atəş açıb. Federal Təhqiqat Bürosu (FTB) və yerli hüquq-mühafizə orqanlarının açıqlamasında şübhəlinin ərazidə təhlükəsizlik əməkdaşları ilə atışmaya girdiyi bildirilib.

Hadisə yerindən yayılan ilkin görüntülərdə ibadət yerinin damından tüstü qalxdığı, əraziyə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadalarının cəlb olunduğu görünür. Hücumdan sonra bölgədə yerləşən məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

FTB direktoru Kaş Patel bildirib: “FTB qrupları Miçiqandakı tərəfdaşları ilə birlikdə Temple İsrail sinaqoqunda baş verən avtomobilin binaya çırpılması və atışma hadisəsinə reaksiya verir”.

Aytən Yaşar/ Turkustan.az

Избранный
35
1
turkustan.az

2Источники