RU

Miçiqanda sinaqoq yaxınlığında atışma: Terrorçu yəhudi məktəbinə hücum etdi – VİDEO

ABŞ-ın Miçiqan ştatında sinaqoq ərazisində terror aktı törədilib

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

ABŞ-ın Miçiqan ştatında dəhşətli terror aktı baş verib. Məlumata görə, naməlum şəxs Uest-Blumfild (West Bloomfield) şəhərində yerləşən “Temple Israel” sinaqoqunun ərazisindəki yəhudi məktəbinə avtomobillə hücum edib.

Cinayətkar əvvəlcə nəqliyyat vasitəsi ilə binanı taran edib, daha sonra isə avtomobildən düşərək ətrafdakı insanlara qarşı odlu silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir və hücumun motivləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
55
interpress.az

1Источники