RU

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, gün ərzində müxtəlif ölkələrin vətəndaşları sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar. Belə ki, Çin (1 nəfər), Qazaxıstan (1 nəfər), Rusiya (1 nəfər), Özbəkistan (1 nəfər) və Tacikistan (2 nəfər) vətəndaşı təxliyə olunub.

Bununla yanaşı, Azərbaycanın 7 nəfər vətəndaşı da ölkə ərazisinə daxil olub. Gün ərzində, həmçinin Yunanıstanın 7 vətəndaşı, o cümlədən 4 diplomatik nümayəndəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycan ərazisinə keçib.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə davam etdirilir.

Избранный
61
9
ikisahil.az

10Источники