RU

İsrail Livanda İran diviziyasının komandirlərini öldürüb

İsrail Müdafiə Ordusu Livanda İran diviziyasının komandirinin və yüksək rütbəli üzvlərinin öldürüldüyünü bəyan edib.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn diviziyası"nın komandiri ötən gecə Livana endirilən aviazərbə nəticəsində müavini və digər komandirlərlə birgə öldürülüb.

Hərbçilərin məlumatına görə, diviziya komandanı Əli Musəlləm Təbayə bu vəzifəyə əvvəlki komandir 2024-cü ilin oktyabrında İsrail tərəfindən öldürüldükdən sonra təyin edilib.

"Bu, SEPAH-ın Livan ərazisindən İsrailə hücum etmək tapşırığı daşıyan İran bölməsidir. İllərdir biz onları aşkar edib məhv etməyə çalışırdıq. Ötən gecə onlar İsraili atəşə tutarkən saniyələr içində məhv edildilər", - İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir videomüraciətində bildirib.

Избранный
78
7
aznews.az

8Источники