RU

Ohayo Dövlət Universitetinə yeni prezident təyin olunub

ABŞ-da fəaliyyət göstərən Ohio State University universitetinin yeni prezidenti təyin olunub. Bu vəzifəyə universitetin akademik işlər üzrə icraçı vitse-prezidenti Ravi V. Bellamkonda gətirilib.

Universitetin yaydığı məlumatda bildirilib ki, Bellamkonda yeni vəzifəsinin icrasına dərhal başlayacaq. O, bu postda istefa verən Ted Carter-i əvəz edəcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, Carter şəxsi biznesinə dəstək almaq istəyən bir şəxslə “uyğunsuz münasibət” qurduğunu etiraf etdikdən sonra vəzifəsindən ayrılıb.

Yeni prezident Ravi V. Bellamkonda 2025-ci ilin yanvar ayından universitetdə akademik işlər üzrə icraçı vitse-prezident kimi fəaliyyət göstərirdi. O, bio mühəndis və neyroalimdir və doktorluq dərəcəsini Brown University universitetində alıb.

Bellamkonda daha əvvəl Emory University universitetində provost və akademik işlər üzrə icraçı vitse-prezident, həmçinin Duke University universitetinin Pratt Mühəndislik Məktəbində dekan vəzifələrində çalışıb.

Zəhra Ağayeva

Избранный
58
qht.az

1Источники