RU

Füzulidə 52 yaşlı kişi minaya düşərək həlak olub

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.

Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
4
news.milli.az

10Источники