RU

İkinci əl avtomobil qiymətinə yaxta dövrü: Lüks artıq hər kəsin qapısını döyür

Çox insan üçün aylıq büdcəni idarə etmək həssas bir balans tələb edir. Gəlirin böyük hissəsi mənzil xərclərinə, sonra nəqliyyat və ərzaq xərclərinə gedir. Lüks istehlak isə əksər hallarda nəhəng yaxtalar deyil, yeni ayaqqabı və ya zərif saat səviyyəsində qalır.

HİT.az verir ki, dəniz həvəskarlarının sahib olduğu qayıqların 95%-i 8 metrdən qısa olsa da, möhtəşəm lüks yaxtalar adətən yalnız xəyallarda qalır. Lakin çinli sahibkar Riçard Liu bu vəziyyəti dəyişdirmək üçün addım atıb.

JD.com-un qurucusu Riçard Liu yeni markası “Sea Expandary” ilə yaxta sahibi olmağı sıradan bir vərdişə çevirməyi hədəfləyir. Bu layihəyə təxminən 723 milyon dollar sərmayə yatırılıb. Liu, Ar-Ge və istehsal üçün Guangdong əyalətindəki iki sahil şəhəri ilə əməkdaşlıq edir. Məqsəd: yaxtaların maaşlı işçilər və sıradan istehlakçılar üçün əlçatan olması.

Adətən yat sözünü eşitdikdə gözümüzdə sonsuz zənginlik və lüks canlanır. 2023-cü ilin məlumatına görə, orta ölçülü bir yatın qiyməti 500 min dollardan başlayıb 10 milyon dolları keçə bilər, superyaxtalar isə yüz milyonlarla qiymətləndirilir. Lakin Riçard Liu, təxminən 14 500 dollara bir yaxta təqdim edərək qiymət devrimi yaratmağı planlaşdırır.

Çində son üç ildə yat sektoru iki dəfə böyüyərək 10 minlik saylara çatıb. Sürətlə böyüyən orta təbəqə Liu üçün cazibədar bir bazar deməkdir. Çin dünya gəmiqayırma sənayesinin yarısından çoxuna sahib olsa da, əyləncə məqsədli yaxta istehsalı ticarət gəmilərindən geri qalır. Hökumət isə yalnız qiymətləri aşağı salmaqla kifayətlənməyib, həm də yaxta turizmi marşrutlarını genişləndirərək sektoru canlandırmağı planlaşdırır.

Mövcud gömrük rüsumları və iqtisadi ticarət münaqişələri səbəbindən ucuz yaxtaların qısa müddətdə okean aşırı bazarlara çıxması çətindir. Lakin Çin bazarında bu “əlçatan yaxta” trendi uğur qazansa, qlobal dənizçilik sənayesində yeni rəqabət dövrünü başlada bilər.

Samir
 

Избранный
86
hit.az

1Источники