RU

Yanvar ayında 716 milyon dollar xarici investisiya yatırılıb



Bu ilin yanvar ayında Türkiyəyə 716 milyon dollarlıq xarici investisiya yatırılıb.
Bu investisiyaların 390 milyon dolları investisiya kapitalı şəklində olub.

Newscenter.az Beynəlxalq İnvestorlar Assosiasiyasına (YASED) istinadən bildirir ki, 2003-cü ildən bəri Türkiyəyə xarici investisiya daxilolmalarının ümumi dəyəri 289 milyard dollara çatıb.

Sözügedən ayda borc alətləri vasitəsilə ümumilikdə 417 milyon dollar, xarici vətəndaşlara daşınmaz əmlak satışı vasitəsilə isə 163 milyon dollar qeydə alınıb. Həmin ayda investisiyaların ləğvi səbəbindən ümumi məbləğ 254 milyon dollar azalma ilə qeydə alınıb.

Ən böyük investisiyalar texniki fəaliyyətlərə, topdan və pərakəndə ticarətə yönəldilib.

Müvafiq ayda 390 milyon dollarlıq investisiya kapitalı axınının 32%-ni peşəkar, elmi və texniki fəaliyyətlər təşkil edib ki, bu da 126 milyon dollar deməkdir.

Anar
Избранный
67
1
newscenter.az

2Источники