
Moskva, 7 oktyabr, AZƏRTAC
Rəsmi Moskva İsrail-Fələstin münaqişəsinin kəskin surətdə gərginləşməsinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Kremlin İsrail-Fələstin münaqişə zonasında vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. O, tərəfləri 75 ildir davam edən bu münaqişəni siyasi-diplomatik yolla həll etməyə çağırıb.
Rusiya XİN münaqişənin 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan beynəlxalq hüquq əsasında həll edilməsini mümkün saydığını, hazırkı gərginliyin BMT-nin və onun Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməməsi ilə bağlı olduğunu vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva