RU

Çempionluq uğrunda gərgin mübarizə -

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümü davam edir. “Sabah" klubu illərdir çempionluq taxtını qoruyan “Qarabağ”ı geridə qoyub, turnir cədvəlinin zirvəsində qətiyyətlə addımlayır. Artıq çempionatda 23 tur geridə qalıb və hazırda əsas mübarizə “Sabah”la “Qarabağ” arasında gedir. Metbuat.az xəbər verir ki, Masazır təmsilçisi 56 xal toplayıb və çox oyun nümayiş etdirir. Komanda mövsüm ərzində yalnız 1 dəfə məğlub olub, 17 qələbə qazanıb və rəqib qapılarından 52 top keçirib. Son matçlarda böyük qələbələr qazanıblar, məsələn, “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edərək mövsümün ən böyük ev qələbələrindən birinə imza atıblar. Valdas Dambrauskasın rəhbərliyi altında “Sabah” sabit, aqressiv və “qələbəyə ac” oynayır. Onların şansı hazırda daha yüksək görünür. “Qarabağ” isə hələ də təhlükəlidir - 49 xal ilə ikinci pillədədir. Lakin “köhlən atlar” bir oyun az keçiriblər (22 oyun). Komanda son turlarda “Araz-Naxçıvan”ı 6:0-la "cəzalandırıb", bununla yanaşı, “bayquşlar”la son qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb və bu oyun mövsümün ən maraqlı matçlarından biri hesab olunur. Qurban Qurbanovun komandası böyük təcrübəyə malikdir, Avropa turnirlərində də uğurlu çıxışları ilə tanınır və həlledici matçlarda çox vaxt qalib gəlməyi bacarır. Əgər “Sabah” xal itirsə, “Qarabağ” liderliyi bərpa etmək üçün fürsət qazana bilər. Ağdam klubu növbəti oyununu qazansa, xallarının sayı 52-yə çatacaq və fərq cəmi 4 xal olacaq. Digər komandalar da çempionat uğrunda mübarizə aparmağa davam edir. “Turan Tovuz” və “Zirə” uğurlu mövsüm keçirir. Onlar müvafiq olaraq 44 və 39 xalla üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Onlar Avropa vəsiqəsi üçün mübarizə apara bilərlər, amma çempionluq üçün çox gecdir. “Neftçi”, “Sumqayıt” kimi komandalar isə orta yerdə qalıblar və çempionluqdan uzaqdırlar. “Karvan-Yevlax” isə sonuncu yerdədir və aşağı liqaya düşmə riski böyükdür. Ümumilikdə, bu mövsüm Azərbaycan Premyer Liqası olduqca həyəcanlı keçir. “Sabah” ilk dəfə belə ciddi çempionluq iddiasındadır, Ağdam klubu isə illərdir qoruduğu mövqeyini əldən verməmək üçün sonadək mübarizə aparacaq. Reqlamentə əsasən, çempion komanda UEFA Çempionlar Liqasına vəsiqə qazanır, ikinci yer isə Konfrans Liqasına yollanır. Sonuncu pillədə qərarlaşan komanda isə aşağı liqaya düşür. Qarşıda hələ 10-dan çox oyun var və hər şey dəyişə bilər…

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
61
metbuat.az

1Источники