RU

Ermənistan Rusiyanın humanitar yardımını niyə rədd etdi?

"Ermənistan hökuməti Rusiyanın müxtəlif dövlət təşkilatlarının Qarabağ ermənilərinə göndərmək istədiyi hümanitar yardımdan imtina edib. Doğru qərardır. Çünki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Qarabağ erməniləri mövzusu bitib".
Musavat.com xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, Paşinyan bunu iki gün əvvəl Avropa Parlamentindəki çıxışında da bildirib:

"Qarabağ ermənilərinin kütləvi şəkildə Ermənistan vətəndaşlığının verildiyini deyən baş nazir ermənilərin geri dönüşü siyasətinin yanlış olduğunu, bunun Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğulayıb. Paşinyan bu mövzuya nöqtə qoyarkən, Kreml ermənilərə “humanitar yardım” adıyla Qarabağ mövzusunu yenə qaşımağa çalışır. O da aydındır ki, Kreml Qarabağ ermənilərinə humanitar yardım adıyla onları Ermənistanda parlament seçkisi öncəsi Paşinayan qarşı fəallaşdırmağa çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Ermənistanda yaşayan Qarabağ ermənilərinin guya Rusiyanın humanitar yardımlarına ehtiyacı var. Kreml “humanitar yadım” məsələsində israr etməklə Ermənistanın daxili işlərinə qarışır. Ermənistan rəhbərliyi Rusiyaya söyləyir ki, “yardıma ehtiyac yoxdur”, Kreml isə bunun əksini iddia edərək, “Sənin vətəndaşlarına yardım göndərmək istəyirəm” israrından əl çəkmir. Buna baxmayaraq, Paşinyanın qərarı qətidir, Rusiyadan “humanitar yardımların” qarşısı alınıb".


Musavat.com

Избранный
9
4
musavat.com

10Источники