RU

Azərbaycanın qlobal enerji bazarındakı rolu ildən-ilə artır - UNCTAD baş katibi

Azərbaycanın qlobal enerji bazarındakı rolu ildən-ilə ardıcıl şəkildə artır.

Day.Az xəbər verir ki, bunu Trend-ə XIII Qlobal Bakı Forumunun kuluarlarında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan bildirib.

"Bu, Azərbaycanın özü üçün çox mühüm inkişaf amilidir, eyni zamanda Avropa üçün də əhəmiyyətli enerji təchizatı mənbəyidir. Bu gün isə Ukraynadakı müharibə şəraitində bu amil daha da böyük əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hasilatı artıraraq və yaranan çağırışlara effektiv şəkildə cavab verərək Avropa bazarını əvvəllər təmin edən qaz mənbələrini qismən əvəz edə bilib.

"Digər mühüm göstərici ondan ibarətdir ki, Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchiz edən əsas ölkələrdən biridir. O, dünyanın 16 ölkəsinə qaz ixrac edir və bu, enerji bazarının sabitliyinə töhfə verən ciddi nailiyyətdir", - deyə Qrinspan vurğulayıb.

XIII Qlobal Bakı Forumundan danışan baş katib bildirib ki, tədbir aktual siyasi və iqtisadi məsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platforma kimi özünü təsdiqləyib.

"Qlobal Bakı Forumu siyasi müzakirələr, geosiyasi məsələlərin və texnologiyaların inkişafı, səhiyyə problemləri kimi konkret qlobal çağırışların müzakirəsi, eləcə də dünya problemlərinin həlli yollarının axtarışı baxımından mühüm platformaya çevrilib. Qlobal çağırışların aradan qaldırılması üçün hansı kollektiv qərarların zəruri olduğunu daha yaxşı anlamaq mümkün olsun deyə burada müxtəlif siyasi baxışlara, təcrübəyə malik və müxtəlif regionlardan olan insanların bir araya gəlməsi xüsusilə vacibdir", - deyə o əlavə edib.

Избранный
53
1
day.az

2Источники