RU

Məşhur aktrisa plastik əməliyyat və "Ozempic" istifadəsi ilə bağlı iddialarla gündəmdədir

Aktrisa Marqo Robbi arıqlığı səbəbindən “Ozempic” preparatından istifadə etməkdə şübhəli bilinib. 

HİT.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

İddialar aktrisanın Parisdə keçirilən “Chanel” moda nümayişində göründükdən sonra ortaya çıxıb. Sosial şəbəkə istifadəçiləri hesab edir ki, Robbi arıqlamaq üçün istifadə olunan “Ozempic” dərmanından yararlanmış ola bilər. Bəzi pərəstişkarlar isə aktrisanın plastik əməliyyat etdirərək Bişa piylərini götürdürdüyünü düşünür.

Sosial şəbəkələrdə istifadəçilər “Xəstə kimi arıqlayıb”, “Yanaqları çöküb”, “Çox dəyişib” kimi şərhlər yazıblar.

21 fevral tarixində Marqo Robbi Sidney şəhərində keçirilən “Tropfest” festivalında da iştirak edib. Aktrisa fotoqraflar qarşısına qara şəffaf paltarda çıxıb. O, geyimin altından büstqalter və atlas şort geyinib. Obrazını uyğun rəngdə ayaqqabı və açıq rəngli çanta ilə tamamlayıb. Məşhur tədbirə açıq saç düzümü və təbii üslubda makiyajla qatılıb.

Samir
 

Избранный
34
hit.az

1Источники