RU

Fransa Mərkəzi Bankının sədrindən etiraf - pulumuz qalmayıb…



Fransa Mərkəzi Bankının sədri Fransua Villerua de Qalo, Yaxın Şərqdəki hadisələrin neft bazarlarında yaratdığı kövrəkliyə qarşı hökumətlərin bəzi tədbirlər həyata keçirdiyini deyərək, Fransa hökumətinin də oxşar addım atmasının və vətəndaşlara potensial yanacaq subsidiyaları verməsinin onsuz da böyük borc yükü altında olan ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyini bildirib.

Dövlət maliyyəsinin vəziyyətinin hökumətə yeni subsidiyalar verməyə imkan vermədiyini bildirən Qalo ölkənin pulunun tükəndiyini deyib: "Pulumuz qalmayıb".

"Əgər büdcə kəsirlərini və borcları daha da artırsaq, bu, uzunmüddətli, yəni 10 il və daha çox müddətə faiz dərəcələrinin artmasına səbəb olacaq. Bu, isə Fransa xalqını cəzalandırılması demək olacaq" - deyən Qalo hesab edir ki, enerji böhranına ən güclü cavab birdəfəlik dövlət yardımı göstərmək deyil, enerji keçidinə investisiya qoymaqdır.

Tahir TAĞIYEV

Избранный
43
baki-xeber.com

1Источники