RU

"Epşteyn işi"ndən qaçmaq üçün dəli rolu oynayır? - VİDEO

ABŞ-ın sabiq prezidenti Bill Klinton ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, tədbirdən çıxarkən çəkilmiş kadrlarda Klintonun qeyri-sabit şəkildə yeridiyi, bəzən anlaşılmaz hərəkətlər etdiyi və gülərək irəlilədiyi görünür.

Videoda onun bir məqamda yanında gedən həyat yoldaşı Hillarİ Klinton ilə toqquşduğu anlar da yer alır. Görüntülər yayıldıqdan sonra sosial mediada müxtəlif şərhlər səsləndirilib və bəzi istifadəçilər sabiq prezidentin davranışının normal olub-olmadığını müzakirə etməyə başlayıblar.

Eyni zamanda sosial şəbəkələrdə irəli sürülən iddialardan biri də Klintonun davranışlarının guya "dəlilik təəssüratı yaratmaq" məqsədi daşıya biləcəyi ilə bağlı olub. Bu iddialar onun adının illər əvvəl böyük qalmaqal doğuran Cefferi Epşteyn işi ilə əlaqələndirilməsi fonunda yenidən gündəmə gətirilir.

Milli.Az

Избранный
8
milli.az

1Источники