RU

Özbək “həkim”in yanına gedənlər də tutulmalıdır, Misir Mərdanov da – Natiq Cəfərli

REAL Partiyasının sədri Natiq Cəfərli Bakıda “müalicə” adı ilə fəaliyyət göstərən və insanların üzünə tüpürməklə, müxtəlif hərəkətlərlə sağaltdığını iddia edən özbək “həkim”lə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Bakupost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək məsələyə ironik şəkildə münasibət bildirib:

“Belə baxanda tək onu niyə saxlayıblar ki?! Onun yanına gedənləri, gedənlərin oxuduğu məktəbin direktorunu, Misir Mərdanovu, indiki naziri, televiziyalarda insanların beyinlərini yuyanları – hamısını 60 manat cərimə etmək lazımdır. Üzünə tüpürəndə sağalacağına inananlar varmış, nə bilim vallah…”.

Qeyd edək ki, Bakıda “Bİ ES VİP” estetik klinikasında xəstələri guya “əl enerjisi” ilə müalicə etdiyini iddia edən özbək əsilli İqbol Soliyevin qəbul keçirməsi böyük maraq və izdihama səbəb olmuşdu. Bildirilirdi ki, o, bir xəstəni 60 manata qəbul edir və qəbula düşmək istəyənlər klinikanın qarşısında növbəyə dayanırdı. Daha sonra həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Избранный
21
yenilik.az

1Источники