RU

Rza baba gələn həftə seriala qayıdır

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Kanal D-nin məşhur serialı "Arka Sokaklar"dan Rıza Baba kimi tanınan Zafer Ergin sabah xəstəxanadan evə buraxılacaq.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda 20 mövsüm Rıza Baba rolu ilə qəlbləri fəth edən aktyor Zafer Ergin bu həftənin əvvəlində çəkiliş meydançasında halı pisləşərək xəstəxanaya yerləşdirilmişdi.

Həyat yioldaşı onun qanında yüksək infeksiya səviyyəsinin aşkarlandığını bildirərək reanimasiyaya yerləşdirildiyini demişdi.

Ergin sabah xəstəxanadan evə buraxılacaq.

83 yaşlı veteran aktyor həftəsonu evdə dincələcək və həftənin əvvəlində çəkiliş meydançasında işə qayıdacaq. 

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
azxeber.com

1Источники