RU

Pekində Ələt Azad İqtisadi Zonasına həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Cari ilin 12 mart tarixində Ələt Azad İqtisadi ZonasınınSəlahiyyətli Qurumu tərəfindən (Səlahiyyətli Qurum), AzərbaycanRespublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin dəstəyi vəÇin Xarici İnkişaf Assosiasiyasının (CODA) əməkdaşlığı ilə Çin XalqRespublikasının Pekin şəhərində Ələt Azad İqtisadi Zonasına həsrolunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində CODA-nın üzv müəssisələrinin rəhbərləri vənümayəndələri, o cümlədən xaricdə investisiya və sənaye əməkdaşlığısahəsində fəal şəkildə fəaliyyət göstərən aparıcı Çin istehsalşirkətləri daxil olmaqla 200-dən çox iştirakçı bir araya gələrəkƏlət Azad İqtisadi Zonasında (ƏAİZ) mövcud investisiya imkanlarınımüzakirə ediblər.

Tədbir Azərbaycan Respublikasının Çin Xalq RespublikasındakıFövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynovun açılışnitqi ilə başlayıb. Səfir çıxışında iki ölkə arasında ikitərəfliiqtisadi əlaqələrin və investisiya əməkdaşlığınıngücləndirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanda mövcudinvestisiya imkanlarından danışıb.

Daha sonra Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) sədricənab He Zhenwei çıxış edərək, ƏAİZ-in Çin istehsal şirkətləri üçündaha geniş regional və beynəlxalq bazarlara çıxış imkanı yaradanmühüm investisiya platforması olduğunu qeyd etmiş, SəlahiyyətliQurum ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını yüksəkqiymətləndirdiyini bildirmişdir. Eyni zamanda, cənab Zhenwei yaxınzamanda ƏAİZ-də müəssisə qurmaqda maraqlı olan şirkətnümayəndələrindən ibarət heyətin Azərbaycana səfər edəcəyinidiqqətə çatdırıb.

Ardınca, Səlahiyyətli Qurumun İdarə Heyətinin sədri cənab ValehƏləsgərov tədbir iştirakçılarına Ələt Azad İqtisadi Zonası barədəətraflı təqdimat edib. O, ƏAİZ-in unikal qanunvericilik bazası,istifadəyə hazır ərazi daxili və ərazi xarici infrastruktur vəmüasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənayetorpaq sahələri, həmçinin Azad Zonanın strateji üstünlükləriniiştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, Azad Zonada tətbiqolunan cəlbedici və geniş maliyyə və qeyri-maliyyə imtiyazlarıpaketi, o cümlədən vergilərdən və gömrük rüsumlarından azadolmalar,sadələşdirilmiş gömrük prosedurları barədə ətraflı məlumatverib.

ƏAİZ-in regional və qlobal bazarları birləşdirən əsas istehsalvə investisiya mərkəzi kimi strateji coğrafi mövqeyi xüsusiləvurğulanıb.

Təqdimatdan sonra interaktiv sual-cavab sessiyası keçirilib.Sessiya çərçivəsində Çin şirkətlərinin nümayəndələri vəSəlahiyyətli Qurumun rəsmiləri arasında investisiya imkanlarınınmüzakirəsi aparılıb. Qarşı tərəf ƏAİZ-in əlverişli biznes mühitinivə genişmiqyaslı istehsal potensialını yüksək qiymətləndirdiyinibildirib.

Bundan əlavə, “Sichuan Sunsync Photovoltaic Technology Co.,Ltd.” şirkətinin Beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru, habeləSolarSync AFEZCO şirkətinin direktoru cənab Xiaolei Vanq,Azərbaycan hökumətinin və Səlahiyyətli Qurumun xarici investorlarüçün verdiyi dəstək və təşviqat imkanları haqqında fikirlərinibölüşüb. ƏAİZ-də rəsmi olaraq qeydiyyatdan keçmiş ilk Çin şirkətiolan “Sunsync” şirkəti, öz qabaqcıl texnologiyaları və innovasiyaimkanlarını Azərbaycana gətirərərək, Azad Zonada 23 hektarlıq günəşpaneli istehsalı müəssisəsini qurmağı planlaşdırır.

Tədbirin əsas məqamlarından biri Səlahiyyətli Qurum ilə CODAarasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub. SözügedənMemorandum tərəflər arasında əməkdaşlığın təşviqi, məlumatmübadiləsinin asanlaşdırılması və Ələt Azad İqtisadi Zonasınainvestisiya yatırmaqda maraqlı olan Çin müəssisələrinə dəstəyingöstərilməsi istiqamətində atılacaq birgə addımları əhatə edir.

Tədbir B2B formatında keçirilmiş işgüzar görüşlərlə yekunlaşıb.Sözügedən görüşlər çərçivəsində Çin şirkətlərinin nümayəndələripotensial layihələr və əməkdaşlıq imkanlarını müzakirə etməkməqsədilə Səlahiyyətli Qurumun rəsmiləri ilə təkbətək görüşlərkeçirib.

Tədbir ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi və ƏlətAzad İqtisadi Zonasında ixracyönümlü istehsal investisiyalarınıntəşviqi istiqamətində mühüm bir addım olmuşdur.

Qeyd olunanlarla yanaşı, işgüzar səfər çərçivəsində SəlahiyyətliQurumun nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında istehsalmüəssisələrinin yaradılmasında maraqlı olan Çin investorları iləbir sıra görüşlər keçirib.

Pekində
Pekində
Pekində
Pekində
Pekində
Pekində
Pekində
Pekində
Pekində
Pekində
Избранный
40
2
az.trend.az

3Источники