RU

Hikmət Hacıyev: Azərbaycan öz xarici siyasət prioritetlərini sərbəst müəyyənləşdirir

BAKI, 12 mart. TELEQRAF

Azərbaycan enerji təhlükəsizliyi sahəsində çoxtərəfli əməkdaşlığın uğurlu modelini formalaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumundakı çıxışı zamanı səsləndirib.

H.Hacıyev qeyd edib ki, Xəzər hövzəsindən Adriatik dənizinə qədər uzanan çatdırılma şəbəkəsi çoxşaxəli diplomatiyanın bariz nümunəsidir.

O, Mərkəzi Asiya ilə Azərbaycanın daxil olduğu "dəyişkən həndəsi" formatlı əlaqələrin əhəmiyyətini önə çəkib.

O,ölkəmizin regional təşkilatlara tamhüquqlu üzv kimi qəbul edilməsinin bu inteqrasiyanı daha da gücləndirdiyini vurğulayıb.

Çıxışında "Orta Güc" (Middle Power) konsepsiyasına toxunan natiq, bu terminin tez-tez hərbi potensial və ya coğrafi ölçülərlə səhv salındığını bildirib:

"Bizim fəlsəfəmiz rəqabətdə konstruktiv iştirakdan ibarətdir; dövlətin fiziki göstəriciləri üzərindən keçirilən 'gözəllik müsabiqəsinin' iştirakçısı deyilik. “Orta Güc” qlobal gündəlikdəki çətinliklərin aradan qaldırılmasına yönəlmiş effektiv bir alətdir”.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan öz xarici siyasət prioritetlərini sərbəst müəyyənləşdirir:

“Ölkəmiz bu konsepsiya çərçivəsində dünya miqyaslı məsələlərin həllində aktiv rol oynayaraq, beynəlxalq münasibətlər sistemində həlledici tərəfdaş mövqeyini qoruyub saxlayır”.

Избранный
47
1
teleqraf.com

2Источники