RU

Bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib

Bakı. Trend:

Tarif (qiymət) Şurasının 12 mart 2026-cı il tarixində növbətiiclası keçirilib və müvafiq qərar qəbul edilib.

Trend bu barədəşuraya istinadən xəbər verir.

İclasda yeni dövlət qeydiyyatına alınan 183 dərman vasitəsininqiymətinin yuxarı həddi təsdiq edilib, 2 dərman vasitəsininqiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təminolunması məqsədilə 30 dərman vasitəsinin qiymətinin yuxarı həddindəNazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarıilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraqdəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması,təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı,istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiqedilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasınınrəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri”bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf)yerləşdirilib.

Qərar 16.03.2026-cı il tarixindən qüvvəyə minir. Qərarla Tarif(qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranınqərarları” bölməsində tanış olmaq olar.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabrtarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsitətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarınıntənzimlənməsini həyata keçirən kollegial orqandır. AzərbaycanRespublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri,maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetikanazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini,kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elmvə təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsinazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, DövlətŞəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, DövlətStatistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.

Избранный
98
22
az.trend.az

10Источники