RU

İran Fars körfəzində ABŞ-a məxsus tankeri atəşə tutub

İran Silahlı Qüvvələrinin elit bölmələri Fars körfəzinin şimalında Marşal adaları bayrağı altında üzən “Safe Sia” tankerinə qarşı əməliyyat keçirdiyini bildirib.

Herbiand.az xəbər verir ki, İran Silahlı Qüvvələr Komandalığı tankerin İran dəniz qüvvələrinin əmrlərinə tabe olmaqdan imtina etdiyini qeyd edib.

Yayılan məlumatda deyilir: "Bu gün Amerika terror ordusunun aktivi olan ABŞ-a məxsus Marşal adaları bayrağı altında üzən “Safe Sia” tankeri Fars körfəzinin şimalında atəşə tutulub".

Tanker İran dəniz qüvvələrinin əmrlərinə tabe olmaqdan imtina etdikdən sonra hücuma məruz qalıb. Bəyanatda vurğulanıb ki, Hörmüz boğazından keçən bütün gəmilər əvvəllər İran tərəfindən tətbiq edilən qaydalara riayət etməlidirlər.

Избранный
53
herbiand.az

1Источники