RU

Sumqayıtda GÜCLÜ YANĞIN – VİDEO

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 45-ci məhəlləsində yerləşən kafelərdən birində baş verib. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürən texnikalar cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülərək genişlənməsinin qarşısı alınıb. Bununla da yanğının kafenin üzərində yerləşən mənzillərə keçməsi təhlükəsi aradan qaldırılıb.

Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Aliyə,
NOCOMMETN.az

Избранный
38
1
nocomment.az

2Источники