AZ

SON DƏQİQƏ: Sumqayıtda yanğın – VİDEO

Sumqayıtda yaşayış binasının yaxınlığında yanğın baş verib

NOCOMMENT.az xəbər verir ki, yanğın Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.

Əraziyə cəlb olunan xilasedicilər yanğının genişlənməsinin qarşısını almaq və alovu söndürmək üçün operativ tədbirlər həyata keçiriblər. İlkin məlumata görə, hadisə zamanı ətraf əraziyə təhlükəsizlik tədbirləri görülüb.

Yanğının hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilir.

Seçilən
4
1
nocomment.az

2Mənbələr