RU

Kamran Əsədovun məhkəmədən xahiş etdi, imtina aldı

ain.az, Axar.az saytına istinadən bildirir.

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə K.Əsədov yenidən hakimə müraciət edərək, ev dustlağına buraxılmasını istəyib.

O, səhhətində ciddi problem yarandığını, saxlanma şəraitinin onu qane etmədiyini, həyatının təhlükədə olmasını əsas gətirib. Həmçinin azyaşlı uşağının autizim xəstəsi olduğunu yenidən bildirib. Onun vəkilləri də bənzər məzmunda çıxış ediblər, məhkəmə prosesi bitənədək Kamran Əsədovun ev dustaqlığına buraxılmasını istəyiblər.

Vəsatət təmin edilməyib.

Daha sonra şahidlərin dindirilməsinə başlanılıb.

Kamran Əsədov növbəti vəsatətlə çıxış edib, şahidlərin cavab kartlarının qrafik təsvirlərini istəyib. Lakin DİM-in nümayəndəsi abituriyentlərin şəxsi məlumatlarının yayılmasının yolverilməz olduğunu deyib.

Növbəti məhkəmə prosesi 9 aprel saat 15:00-a təyin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
71
15
axar.az

10Источники