RU

Paşinyan Vensə Qarabağla bağlı kitab verən məmuru işdən çıxarır

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse‑prezidenti Cey Di Vensə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı kitab hədiyyə edən erməni məmurun istefasını tələb edir.

“Yeni Sabah” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu N.Paşinyan martın 12-də İrəvanda keçirdiyi brifinqdə bildrib.

Onun sözlərinə görə, həmin məmur Ermənistan paytaxtında yerləşən qondarma Erməni Soyqırımı Muzeyi-İnstitutunun direktoru Edita Qzoyandır.

“Onun Vensə (ABŞ-nin vitse-prezidenti) Qarabağ haqqında kitab hədiyyə etməsi Ermənistan hökumətinin siyasətinə zidd və təhrikedici addımdır. Bu hərəkət hökumətin mövqeyinə qarşıdır və sülh prosesinə ziyan vura bilər. Mən ondan istefa ərizəsi yazmağı tələb etmişəm”, - Paşinyan bildirib

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu tələbi ABŞ vitse‑prezidenti Cey Di Vens bu il fevralın 10-da Yerevanda “Soyqırım Muzeyi-İnstitutu”na səfərindən sonra verib. Vens ziyarəti zamanı “muzey‑institutun” direktoru Edita Qzoyan ona Qarabağ mövzulu kitablar da daxil olmaqla, müxtəlif materiallar təqdim etmişdi. Bu hadisədən sonra Paşinyan narazılığını ifadə edərək direktorun istefasını tələb edib.

"Cebheinfo.az"

Избранный
43
1
cebheinfo.az

2Источники