RU

“Regional təşkilatlar sabitliyin təmin edilməsində önəmli rol oynayır” - Şarl Mişel

“Bu sistemin effektiv və aktual olması üçün regional təşkilatların rolu böyükdür. Təhlükəsizlik Şurasının iflic vəziyyətində olması, bloklanması və beynəlxalq səviyyədə get-gedə artan ikili standartlar etimad və qarşılıqlı hörmətin zəifləməsinə səbəb olur. Halbuki etimad və qarşılıqlı hörmət mövcud olmalıdır. Mən hesab edirəm ki, regional təşkilatlar burada çox önəmli rol oynaya bilər, çünki onlar regionun tarixini, ənənələrini və mədəni reallıqlarını yaxşı tanıyır. Bu isə konfliktlərin qarşısını almaqda, iqtisadi inkişaf, investisiya və infrastruktur layihələrini dəstəkləməkdə böyük üstünlükdür”.

SİA xəbər verir ki, bu fikirləri Avropa Şurasının fəxri prezidenti; Belçikanın Baş naziri (2014–2019) Şarl Mişel XIII Qlobal Bakı Forumda jurnalistlərə açıqlamasında səsləndirib.

Şarl Mişel vurğulayıb ki, fərqliliklərin mövcudluğu əməkdaşlıq və koordinasiyanın qarşısını almır: “Ortak maraq olan sahələrdə birlikdə işləmək mümkündür. Enerji və təhlükəsizlik sektoru burada xüsusilə vacibdir. Enerji həm rəqabət qabiliyyətini, rifahı, həm də sənayeni müəyyən edir. Eyni zamanda, enerji bəzən təzyiq və ya silah kimi istifadə edilə bilər, buna görə də bir mənbəyə həddindən artıq asılılıqdan qaçmaq lazımdır. Bu kontekstdə regiondakı bəzi ölkələr sabitlik və proqnozlaşdırıla bilənlik təmin edərək mühüm rol oynayırlar”.

Müəllif: Günel Fərzəliyeva
Избранный
39
1
sia.az

2Источники