Azərbaycan Basketbol Liqasında XIX tura bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçiriləcək.


"Sumqayıt" "Ordu"nu, "Naxçıvan" "Sərhdəçi"ni qəbul edəcək. Hər iki matç saat 19:00-da start götürəcək.


Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutacaq.


Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq.