RU

Gürcüstanda yetkin əhalinin 30 faizdən çoxu piylənmədən əziyyət çəkir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 12 mart, AZƏRTAC

Gürcüstanda piylənmə ciddi sosial problemə çevrilib. Ölkənin yetkin əhalisinin 30 faizdən çoxu, 6-9 yaş arası uşaqların isə 28 faizi artıq çəkidən əziyyət çəkir.

AZƏRTAC xəbər verir ki, problemə səbəb olan əsas amillər milli mətbəxin yüksək kalorili qidaları və fiziki fəaliyyətin aşağı olmasıdır.

Ölkədə sağlam həyat tərzinin təşviqi üçün tədbirlər görülür.

Qeyd edək ki, piylənmə 2-ci tip diabetin, xroniki və ürək-damar (infarkt, insult), eləcə də əzələ-skelet sistemi xəstəliklərinin artmasına səbəb olur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
44
azertag.az

1Источники