RU

ATMU da tələbələr üçün Karyera həftəsi

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera həftəsinə başlanılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında ATMU-nun rektoru İlham Mədətov qonaqları salamlayaraq təşəbbüsün əhəmiyyətindən danışıb. O qeyd edib ki, universitetdə təşkil olunan bu kimi tədbirlər tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına mühüm töhfə verir.

Sonra Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək bildirib ki, gənclərin karyera planlaması və peşəkar inkişafı dövlət üçün prioritet məsələlərdəndir.

ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov qeyd edib ki, belə tədbirlər tələbələrin əmək bazarının real tələblərini daha yaxından tanımasına və gələcək fəaliyyətlərini düzgün istiqamətləndirməsinə kömək edir.

Tədbirdə “Smart Hotels Groups”un təsisçisi Ceyhun Aşurov deyib ki, əmək bazarında uğur qazanmaq üçün yalnız nəzəri biliklər kifayət etmir. Onun sözlərinə görə, praktiki bacarıqların formalaşdırılması və real iş mühiti ilə tanışlıq böyük əhəmiyyət daşıyır.

ATMU-nun ilk məzunlarından olan “İzz Travel”in təsisçisi və direktoru Lalə Paşayeva isə universitetdə əldə etdiyi bilik və bacarıqların onun karyera yolunda mühüm rol oynadığını diqqətə çatdırıb. O vurğulayıb ki, tələbəlik illərində qazandığı təcrübə sonrakı peşə fəaliyyətində ona üstünlük verib.

Qeyd edək ki, martın 10-14-nü əhatə edən Karyera həftəsi çərçivəsində tələbələrə şəxsi inkişaf və iş həyatına hazırlıq mövzularını əhatə edən təlim proqramı təqdim olunur. Proqram çərçivəsində iş axtarışı alətləri, işə qəbul prosesi, müsahibə strategiyaları, karyera planlaması və məzunların uğur hekayələri kimi mövzular müzakirə ediləcək. Təlimlərin tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına dəstək verəcəyi bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
1
azertag.az

6Источники