RU

İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək » AzadMedia.az


Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanla sülh bərqərar olduqdan sonra Orta Dəhlizin onun ərazisindən davam etdirilməsi üzərində iş aparılır: "Bu, Azərbaycanın əsas hissəsini dayanıqlı nəqliyyat, enerji və kommunikasiya xətləri vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə imkan verəcək. Nəticədə Ermənistan özünün müstəqil tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək".

İlham Əliyev qeyd edib ki, bu, həmin yeni imkandan istifadə etmək istəyən hər kəs üçün uduşlu vəziyyətdir. "Biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdiririk və beynəlxalq dəhlizlərin genişlənməsini yaradırıq, bu da bir çox ölkələr üçün faydalı olacaq".
Избранный
107
6
azadmedia.az

7Источники