RU

Qlobal Bakı Forumu beynəlxalq platformaya çevrilib



"Qlobal Bakı Forumu artıq beynəlxalq bir platformaya çevrilib. Forumda bir qayda dünyanı narahat edən problemlərin müzakirə edilməsi, sülh və sabitlik, təhlükəsizlik məsələlərin hər zaman gündəm olması onun qlobal əhəmiyyətini ildən-ilə artırır. Bu dinamika Qlobal Bakı Forumuna qatılan nümayəndə heyətlərinin sayında da özünü açıq şəkildə göstərir. Əgər 2013-cü ildə birinci dəfə keçirilən forumda 200 nümayəndə iştirak edirdisə, bu gün Bakıda öz işini davam etdirən Qlobal Bakı Forumunun XIII toplantısında 400 nəfər iştirak edir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq təşəbbüslərinin dəstəklənməsi deməkdir".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, forum qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayır:

"Forum eyni zamanda Azərbaycanın mövqeyi, regionda və beynəlxalq aləmdə oynadığı rolu, qlobal proseslərə olan yanaşması, ən əsası postmüharibə dövründə sülhə və təhlükəsizliyə verdiyi töhfənin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir".

Arzuman Muradlı onu da vurğulayıb ki, bir qayda olaraq ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri də təşkil ediilir və Qlobal Bakı Forumunun iştirakçılarının da qarşıdakı günlərdə Qarabağ və Şərqi Zəngəzura səfər edəcəkləri istisna edilmir:

"Bu da öz növbəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri, Böyük Qayıdış prosesinin icrasının təqdimatı baxımından önəmlidir".

Süleyman
Избранный
70
50
newscenter.az

10Источники