RU

I Liqa: Mingəçevir Səbail lə üz üzə

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan I Liqasında XVIII tur davam edir.

Fanat.Az xəbər verir ki, ötən gün start götürən turun ikinci oyun günündə daha 3 matç keçiriləcək.

Turun mərkəzi qarşılaşmasında "Mingəçevir" və "Səbail" komandaları üz-üzə gələcəklər. Premyer Liqaya can atan komandaların görüşünü baş hakim Əli Əliyev idarə edəcək. Digər oyunlara gəlincə, "Şahdağ Qusar" Şamaxıda MOİK-i, "Difai" isə Ağsuda liderin ən yaxın izləyicisi "Baku Sportinq"i sınağa çəkəcək.

Turun açılış oyununda "Şəfa" "Şimal"ı 2:0 hesabı ilə məğlub edib.

Tura sabah yekun vurulacaq.

Azərbaycan I Liqası

XVIII tur

12 mart 

15:00. “Şahdağ Qusar” – MOİK

Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

15:00. “Difai” – “Baku Sportinq” 

Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Elman Musayev.

Ağsu. Şəhər stadionu.

15:00. “Mingəçevir” – “Səbail”

Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
fanat.az

2Источники