RU

Püşkdən öncə ''Liverpul'' 99 faiz mərhələni keçəcək'' deyən Karrager indi nə dedi?

Çempionlar Liqasının 1/8 finalında ''Qalatasaray'' ''Liverpul''u 1:0 məğlub edərək cavab oyunu ərəfəsində minimal üstünlük qazandı.

"Football-plus.az" xəbər verir ki, bu nəticənin ardından diqqətlər Ceymi Karragerə yönəldi.

''Liverpul''un əfsanəsi 1/8 finalın püşkatmasından öncə rəqib qismində məhz ''Qalatasaray''ı görmək istədiyini demiş və belə olacağı təqdirdə ''qırmızılar''ın 99 faiz mərhələni adlayacağını iddia etmişdi. Karrager ilk oyunun ardından şərhçisi olduğu Britaniyanın ''CBC Sports'' kanalına açıqlamasında bunları deyib:

''Əvvəldən sona qədər sərt mübarizə şəraitində keçən və sonda ''Liverpul'' üçün uğursuzluqla bitən bir qarşılaşma izlədik. Nəticə də, oyun də bərbaddı. Komanda xüsusilə ikinci hissəni zəif keçirdi. Bu gecə gördüklərimiz bu komandaların mövsümün əvvəlində liqa mərhələsindəki matçında gördüklərimizlə eyni oldu. Püşkdən öncə ''Liverpul''un mərhələni keçmək şansının 99 faiz olduğunu demişdim. Bu nəticədən sonra 98 faiz deyirəm. Yəni hələ də ''Liverpul''un mərhələ keçəcəyinə inanıram. Amma nəticə etibarilə oyun baxımından ''Qalatasaray''dan geridə olan bir komandadan bəhs edirik. Ona görə də lap mərhələni keçsək belə, növbəti mərhələdə PSJ ilə mümkün duel üçün heç bir ümidim yoxdu''.
Избранный
47
1
football-plus.az

2Источники