RU

Azərbaycan Basketbol Liqasında 19-cu turun oyunlarına start veriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçiriləcək.

“Sumqayıt” “Ordu”nu, “Naxçıvan” “Sərhdəçi”ni qəbul edəcək. Hər iki matç saat 19:00-da start götürəcək.

Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutacaq.

Qeyd edək ki, 19-cu tura martın 15-də yekun vurulacaq.

İdman.Biz
Избранный
60
2
idman.biz

4Источники