RU

İraqda neft limanları fəaliyyətini dayandırdı - SƏBƏB

"İraq sahilləri boyunca neft terminallarının fəaliyyəti dayandırılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu İraq Baş Limanları Şirkətinin baş direktoru Fərhan əl-Fərtusi açıqlayıb.

O, Barsa limanı yaxınlığında iki tankerə hücum edildiyini təsdiqləyib. 

"Neft limanlarının işi dayandırılıb, lakin kommersiya limanları fəaliyyətini davam etdirir",  - deyə əl-Fartusi aydınlıq gətirib.

İraq təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, iki tankerə endirilən zərbələr nəticəsində bir heyət üzvü həlak olub. Daha 38 nəfər xilas edilib.

Избранный
53
1
bakivaxti.az

2Источники