İraq Baş Limanları Şirkətinin baş direktoru Fərhan əl-Fərtusi ölkə sahilləri boyunca neft terminallarının fəaliyyətini dayandırdığını açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Barsa limanı yaxınlığında iki tankerə hücum edildiyini təsdiqləyib.
"Neft limanlarının işi dayandırılıb, lakin kommersiya limanları fəaliyyətini davam etdirir", - deyə əl-Fartusi aydınlıq gətirib.
İraq təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, iki tankerə endirilən zərbələr nəticəsində bir heyət üzvü həlak olub. Daha 38 nəfər xilas edilib.
Gülayə Mecid