RU

İsrail üçün çətin vəziyyət: hücumlar minlərlə yaralı və dağıntılarla nəticələndi

İsrail mediası ölkənin son hərbi qarşıdurmada ciddi itkilərlə üzləşdiyini yazır.

Musavat.com xəbər verir ki, Haaretz qəzetinin məlumatına görə, bu müharibə zamanı İsrailə edilən hücumların miqyası son illərin ən ağır hadisələrindən biri kimi qiymətləndirilir.

Nəşrin yazdığına görə, ölkə ərazisinə edilən hücumların nəticələri əvvəlki 12 günlük müharibə ilə müqayisədə daha ağır hesab olunur. Məlumata əsasən, qarşıdurma zamanı İsrail ciddi zərbələr alıb və hücumların intensivliyi ölkə daxilində geniş dağıntılara səbəb olub.

Bildirilir ki, hücumlar nəticəsində yaralıların sayı artıq 3000 nəfəri keçib. Ölənlərin sayı isə 20 nəfərə çatıb. Xəstəxanalarda yaralıların çoxluğu səbəbindən ciddi yüklənmə yaşandığı qeyd edilir.

Eyni zamanda, ölkənin müxtəlif bölgələrində infrastruktur obyektlərinin də ağır zərər gördüyü vurğulanır. Haaretz yazır ki, İsrail bu müharibə ərzində çoxsaylı hücumlar həyata keçirsə də, qarşıdurmanın nəticələri ilə bağlı hələlik aydın və obyektiv hərbi nəticə əldə olunmayıb.

 

Musavat.com

Избранный
14
musavat.com

1Источники