RU

Səudiyyə Ərəbistanı milyonlarla dollar dəyərində Ukrayna dronları almağa hazırlaşır

Səudiyyə Ərəbistanı İranın Shahed hücum dronlarından müdafiə olunmaq üçün Ukrayna ilə böyük partiya tutucu dronlar almaqla bağlı danışıqlar aparır.

Herbiand.az bildirir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, potensial müqavilə milyonlarla dollar dəyərində ola bilər, lakin yekun sənəd hələ imzalanmayıb. Səudiyyə Ərəbistanı həmçinin, elektron müharibə sistemlərinin alınması ilə bağlı danışıqlar da aparır.

Fars körfəzindən olan digər nümayəndələr də Ukrayna texnologiyasına maraq göstəriblər. Xüsusilə, Qətər nümayəndələri dron əleyhinə texnologiyalar haqqında məlumat əldə etmək üçün Ukraynaya səfər ediblər.

Bəxtiyar CƏFƏRLİ

Избранный
20
herbiand.az

1Источники