RU

"Oğluma bacımın qızını aldım, UĞURSUZ OLDU"

Azərbaycanlı müğənni Sevda Əliqızı şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi həm özünün, həm də oğlunun ailə həyatından danışıb.

Müğənni bildirib ki, ilk evliliyi qohumu ilə olsa da, bu nikah uzunömürlü olmayıb. Onun sözlərinə görə, qohum evliliyinin həmişə uğurlu nəticə vermədiyini şəxsi həyatında görüb.

Sevda Əliqızı qeyd edib ki, oğlu da birinci dəfə yaxınlarının məsləhəti ilə ailə qurub. Müğənninin sözlərinə görə, həmin evlilik də uğursuz nəticələnib. Bununla belə, o nikahdan dünyaya gələn nəvələrinin olduğunu və onların ailənin ən böyük sevinci olduğunu vurğulayıb.

Sənətçi əlavə edib ki, oğlunun ikinci evliliyi isə çox uğurlu olub. Bu ailədən bir qız övladı dünyaya gəlib və nəvəsinə onun adı verilib. Müğənni deyib ki, oğlunun ikinci evliliyinə qarışmayıb və o, bu qərarı özü verib:

"Hazırda xoşbəxtdir evliliyi var. Oğlunun hazırkı ailəsində qarşılıqlı hörmət və anlayış var və bu münasibət daha möhkəmdir".

Musa
Milli.Az

Избранный
39
3
milli.az

4Источники