RU

Kreml: Britaniyalı mütəxəssislərin iştirakı olmadan Bryanska zərbə mümkün deyildi

Ukrayna Silahlı Qüvvələrinin Bryanska "Storm Shadow" raketləri ilə zərbə endirməsi Britaniya mütəxəssislərinin iştirakı olmadan baş verə bilməzdi.

Herbiand.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aydındır ki, bu raketlərin buraxılması Britaniya mütəxəssisləri olmadan mümkün deyildi. Biz bundan tam xəbərdarıq, bunu yaxşı bilirik və əlbəttə ki, bunu nəzərə alırıq", - Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, martın 10-da Ukrayna Bryanska raket zərbəsi endirib. Rusiya tərəfi 6 nəfərin öldüyünü, 42 nəfərin yaralandığını açıqlayıb.

Избранный
43
7
herbiand.az

8Источники