AZ

Kreml Bryanskın "Storm Shadow" raketləri ilə vurulmasında Britaniya mütəxəssislərini ittiham edib

Ukrayna Silahlı Qüvvələrinin Bryanska "Storm Shadow" raketləri ilə zərbə endirməsi Britaniya mütəxəssislərinin iştirakı olmadan baş verə bilməzdi.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aydındır ki, bu raketlərin buraxılması Britaniya mütəxəssisləri olmadan mümkün idi. Biz bundan tam xəbərdarıq, bunu yaxşı bilirik və əlbəttə ki, bunu nəzərə alırıq", - deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, martın 10-da Ukrayna Bryanska raket zərbəsi endirib. Rusiya tərəfi 6 nəfərin öldüyünü, 42 nəfərin yaralandığını açıqlayıb.

Seçilən
72
7
apa.az

8Mənbələr