RU

Ttələb artdıqca qiymət də artır Ekspert fikri

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Bizdə bayram adətlərinə görə, süfrəmizin daha bol və çeşidli olması ənənədir. Bu da insanların bayram ərəfəsində daha çox ərzaq almalarına tələb yaradır. Ənənəvi olaraq sahibkarlar, ticarətlə məşğul olan insanlar tələbin artmasını əsas götürərək qiymətləri artırırlar. Yəni tələb artdıqca qiymət də artır”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a bildirib. O vurğulayıb ki, bayram yarmarkaları çox təşkil olunsa, bahalaşmanın qarşısı alınar:

“Bayramda bəzi qida məhsulları üzərində qiymət artımı müşahidə olunacaq. Meyvə-tərəvəz və quru meyvələrdə daha çox müşahidə olunacaq. Yəni bayram süfrəsində istifadə olunan əsas ərzaq məhsulları üzərində bahalaşmanı müşahidə edəcəyik. Bu səbəbdən də əvvəlcədən tədarük görülməlidir. Müvafiq qurumlar tərəfindən paytaxtın bir çox ərazilərində bayram yarmarkalarını təşkil etsələr, yaxşı olar. Bununla daha ucuz və keyfiyyətli ərzaq əldə etmək olar. Daha məqsədəuyğun olar. Nəticədə bahalaşmanın qarşısı alınar”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
98
525.az

1Источники