RU

“Ağıllı fermer” milli süni intellekt platformasının yaradılması təklif edilir

Bakı. Trend:

Azərbaycanın növbəti mərhələdə ağıllı kənd təsərrüfatı modelinəkeçidi real və zəruri istiqamətdir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Vüqarİskəndərov komitədə keçirilən “Kənd təsərrüfatında süni intellektintətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədədeyib.

Millət vəkili, iclasda səsləndirilən məlumatları nəzərə alaraqiki vacib təklifi diqqətə çatdırıb.

O bildirib ki, birinci təşəbbüs “Ağıllı fermer” – milli süniintellekt platformasının yaradılmasıdır:

“Dövlət və aqrar qurumların məlumat bazaları arasında vahid süniintellekt platforması qurula bilər. Bu platforma fermerlərə mobiltətbiq vasitəsilə müxtəlif tövsiyələr verə bilər.

Məsələn, platforma aşağıdakı imkanları təmin edəbilər:

  • peyk görüntüləri və sensorlar əsasında torpağın rütubətinin vəməhsul vəziyyətinin analizi;
  • xəstəlik və zərərvericilərin erkən aşkarlanmasına dəstək;
  • suvarma və gübrələmə üçün optimal vaxtın müəyyən edilməsi;
  • regionlar üzrə məhsuldarlıq proqnozlarının əvvəlcədən verilməsivə preventivproblemlərin qarşısının alınması. Bu xüsusilə kiçik vəorta fermerlərin texnologiyaya çıxışını artıraraq məhsuldarlığınciddi şəkildə yüksəlməsinə dəstək ola bilər.

Deputat vurğulayıb ki, ikinci təklifi aqrar dron və robottexnologiyalarının tətbiqi ilə bağlıdır:

“Süni intellektlə işləyən aqrar dronlar və robot texnikası üçünxüsusi tətbiq yaradıla bilər.

Bu proqram çərçivəsində:

  • dronlar vasitəsilə sahələrin monitorinqi və xəritələnməsi,
  • dəqiq pestisid və gübrə səpilməsi (bu israfçılığın qarşısınıala bilər),
  • böyük sahələrdə avtomatlaşdırılmış əkin və məhsul yığımı kimiproseslər həyata keçirilə bilər.

V.İsgəndərov əlavə edib ki, Azərbaycan Dövlət AqrarUniversitetində süni intellekt və aqrar texnologiyalar üzrəlaboratoriyaların yaradılması prosesinin sürətləndirilməsinə dəböyük ehtiyac var.

“Bütün bunlar su və gübrə istifadəsini azalda, məhsuldarlığıartıra və kənd təsərrüfatı sahəsində daha rəqabətli mühit yaradabilər”, - deyə o fikrini yekunlaşdırıb.

Избранный
87
az.trend.az

1Источники