UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Qalatasaray” – “Liverpul” matçının ən yaxşı oyunçusu müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə görüşün ən yaxşısı Türkiyə təmsilçisinin yarımmüdafiəçisi Mario Lemina seçilib. Mükafat UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qərarı ilə ona təqdim olunub.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyununda “Qalatasaray” “Liverpul”u 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab qarşılaşması martın 18-də İngiltərədə, “Enfild” stadionunda keçiriləcək.