RU

“Mən olan məclislərdə Xumar olmayıb“

Olay.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əməkdar artist Vəfa Zeynalova “Maşın şou”da qalmaqal yaşadığı Xumar Qədimovadan danışıb.

OLAY yazır ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib.

O, Pərviz Hüseynin “Xumar xanımla hələ də küsülüsünüz” sualına cavab olaraq bildirib ki, indiyədək onunla qarşılaşmayıb:

“Tək Xumar Qədimova yox, Aygün Kazımova, Lalə Məmmədova var idi. Orada problem yaranmamışdı, elə oyun gedirdi ki.... Mənim də ən pis cəhətlərimdən biri tez özümdən çıxmağımdır, bu xasiyyətimi sevmirəm. Orada da əsəbə toxunan nüanslar çox idi. Hər şeyi oturub danışırdıq ki, düzgün olmalıdır. Nəticədə tərsini görürdük, qızışmaq, söz atmaq da onda başlanırdı. Sonradan başa düşdüm ki, bu, əla bir iş imiş. Sən demə, bu şou lazım olduğu üçün bunu edirdilər, şərait yaradırdılar. Həmin an beyin belə düşünmür, fikirləşirsən ki, biz danışmışıqsa, düz oynayaq da, niyə başqa səmtə keçirsiz? Xumar xanımla heç rastlaşmamışıq, üz-üzə gəlməmişik ki, danışım, ya yox. Mən olan məclislərdə o xanım olmayıb, o olan məclislərdə də mən”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
3
olay.az

4Источники