AZ

“Mən olan məclislərdə o xanım olmur”

Əməkdar artist Vəfa Zeynalova “Maşın şou”da qalmaqal yaşadığı Xumar Qədimovadan danışıb.

Vətəninfo.az  bildirir ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib.

Vəfa Zeynalova Pərviz Hüseynin “Xumar xanımla münasibətləri düzəltdiniz?” sualına cavab olaraq bildirib ki, indiyədək onunla qarşılaşmayıb:

“Tək Xumar Qədimova yox, Aygün Kazımova, Lalə Məmmədova var idi. Orada problem yaranmamışdı, elə oyun gedirdi ki… Mənim də ən pis cəhətlərimdən biri tez özümdən çıxmağımdır, bu xasiyyətimi sevmirəm. Orada da əsəbə toxunan nüanslar çox idi. Hər şeyi oturub danışırdıq ki, düzgün olmalıdır. Nəticədə tərsini görürdük, qızışmaq, söz atmaq da onda başlanırdı. Sonradan başa düşdüm ki, bu, əla bir iş imiş. Sən demə, bu şou lazım olduğu üçün bunu edirdilər, şərait yaradırdılar. Həmin an beyin belə düşünmür, fikirləşirsən ki, biz danışmışıqsa, düz oynayaq da, niyə başqa səmtə keçirsiz? Xumar xanımla rastlaşmamışıq, üz-üzə gəlməmişik ki, danışım, ya yox. Mən olan məclislərdə o xanım olmayıb, o olan məclislərdə də mən”.Musavat.com

Seçilən
1
3
veteninfo.az

4Mənbələr