RU

Elektron siqaret nədir? Satan və çəkənlər bu qədər CƏRİMƏLƏNƏCƏK

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Aprelin 1-dən etibarən ölkədə yalnız elektron siqaretlərin dövriyyəsi ilə bağlı qadağa tətbiq olunacaq" Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, yeni qanunvericilik dəyişiklikləri ənənəvi siqaret və digər tütün məmulatlarını əhatə etmir.

Hansı məhsullar elektron siqaret sayılır?

Qanunvericilikdə "elektron siqaret" anlayışına aşağıdakılar daxil edilir: Birdəfəlik vape cihazları Doldurulan elektron siqaretlər Onların kartricləri, mayeləri və digər komponentləri Hansı məhsullar elektron siqaret sayılmır? Qanunvericiliyə əsasən siqaretlər, qızdırılan tütün məmulatları elektron siqaretlərə aid deyil və onlar qadağan edilmir. Hətta qanunvericilikdə qızdırıcı cihazı elektron siqaretlərə oxşayan "qızdırılan tütün məmulatı" ayrıca kateqoriya kimi elektron siqaretlərdən fərqləndirilir.

Qeyd edək ki, elektron siqaret (e-siqaret və ya "vape") adi tütün siqaretinin alternativi kimi təqdim olunan, tərkibindəki mayeni qızdıraraq buxara çevirən elektron qurğudur. Bu qurğular buxar istehsal edir və istifadəçi həmin buxarı nəfəsə çəkir. Tərkibi və iş prinsipi Elektron siqaret əsasən 4 hissədən ibarət olur: Batareya – qurğunu enerji ilə təmin edir; Qızdırıcı element (spiral) – mayeni qızdırır; Maye üçün kapsul və ya rezervuar – "e-liquid" adlanan maye burada saxlanılır; Ağızlıq – buxarın çəkilməsi üçün istifadə olunur. Mayenin tərkibində adətən nikotin, propilenqlikol, qliserin və müxtəlif dadlandırıcılar olur. Nikotinli və nikotinsiz variantları mövcuddur.

Qadağa yalnız elektron siqaretlərə aiddir: "Bu qərar elektron siqaretlərin insan sağlamlığı üçün ciddi risk yaratması ilə bağlıdır. Beləliklə, aprelin 1-dən elektron siqaretlərin satışı qadağan ediləcək. Digər tütün məhsullarının istifadəsi və satışı ilə bağlı isə yeni məhdudiyyət nəzərdə tutulmur".

Qeyd edək ki, qızdırılan tütün məmulatlarının tərkibində elektron siqaretlərdən fərqli olaraq maye deyil, həqiqi tütün olur və onlar tütün çubuqlarının qızdırılması prinsipinə əsasən işləyir. Cərimələr Məlumat üçün bildirək ki, Milli Məclis elektron siqaretlərin dövriyyəsi və istifadəsi ilə bağlı inzibati məsuliyyəti sərtləşdirən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Layihəyə əsasən, qadağan olunmuş ərazilərdə, o cümlədən küçə və digər ictimai məkanlarda elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimələnəcək. Qızdırılan tütün məmulatlarının istifadəsi üçün isə cərimə nəzərdə tutulmamışdır. Bununla yanaşı, elektron siqaretlərin və onların tərkib hissələrinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması inzibati məsuliyyət yaradacaq. Bu halda qanun pozuntusunun predmeti olan məhsullar müsadirə ediləcək. Yeni qaydalara görə: Fiziki şəxslər 350 manatdan 500 manatadək, Vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, Hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə olunacaqlar.

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
baku.ws

1Источники